Qəzza zolağında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (IDF) daha 4 əsgəri həlak olub.
Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, beləliklə, oktyabrın 7-də münaqişə başlayandan bəri həlak olan İsrail əsgərlərinin sayı 410-a çatıb.
Məlumata görə, üç mayor və bir polkovnik-leytenant həlak olub, bu, dekabrın 5-də baş verib. Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İDF itkilərinin sayı 84-ə çatıb.