Bayden Ukraynaya dəstəyin dayandırılmasını "dəlilik" adlandırıb

08:12 - 6 Dekabr 2023 - DÜNYA

Ukraynaya dəstəyi dayandırmaq tamamilə dəlilik olardı

Ucnoqta.az “RİA Novosti”yə istindaən xəbər verir ki, Amerika prezidenti Co Bayden deyib ki, Ukraynaya yeni yardım paketi ilə bağlı razılaşmadan imtina etmək Vaşinqton üçün “mütləq dəlilik” olardı.

Dövlət başçısının sözlərinə görə, amerikalı siyasətçilər Kiyevə yardımla bağlı razılığa gəlməsələr, ABŞ-ın maraqlarına zidd gedəcəklər.

"Ukraynaya dəstək verməmək tamamilə dəlilikdir" - dövlət başçısı deyib.

Bundan əvvəl respublikaçı senatorlar Bayden administrasiyasının Ukrayna və İsrailə yardım tələbi ilə bağlı iclası tərk ediblər. Onlar həmçinin Kiyevə yardımın əleyhinə səs verməyə çağırıblar.

Xəbər xətti