Finlandiyanın hər yerindən Rusiya ilə sərhədə polislər göndərilib

16:50 - 5 Dekabr 2023 - DÜNYA

Finlandiyanın hər yerindən polis əməkdaşları ölkə sərhədçilərinə Rusiya ilə sərhəddə patrul xidmətinə kömək etmək üçün göndərilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb.

Bildirilir ki, polis şərq sərhədində işləyən zabitlərin dəqiq sayını açıqlamaqdan imtina edib. Polis inspektoru Marko Heykkilənin sözlərinə görə, Finlandiyanın demək olar ki, bütün polis idarələrinin əməkdaşları cəlb olunub.

Kütlələrə nəzarət üzrə xüsusi təlim keçmiş polis əməkdaşları şərq sərhədinə yerləşdirilib. Yle qeyd edir ki, ölkə polisləri üçün sərhədçilərlə əməkdaşlıq unikal təcrübədir - ən azı son 30 ildə belə bir şey baş verməyib.

Finlandiya hakimiyyətinin qərarı ilə Rusiya Federasiyası ilə sərhəddəki bütün keçid məntəqələri dekabrın 13-dək bağlanıb.///tass

Xəbər xətti