İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb

16:18 - 5 Dekabr 2023 - DÜNYA

İndoneziyanın Sumatra adasındakı Marapi dağının püskürməsi nəticəsində azı 22 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Daha əvvəl 11 nəfərin öldüyü bildirildi.

AFP-nin məlumatına görə, itkin düşən 10 nəfərdən 9-u ölü tapılıb və axtarış-xilasetmə əməliyyatları davam edir.

Xəbər xətti