İndoneziyanın Sumatra adasındakı Marapi dağının püskürməsi nəticəsində azı 22 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Daha əvvəl 11 nəfərin öldüyü bildirildi.
AFP-nin məlumatına görə, itkin düşən 10 nəfərdən 9-u ölü tapılıb və axtarış-xilasetmə əməliyyatları davam edir.