Şimali Koreya Qvineya və Seneqalda səfirliyini bağlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya hakimiyyətinə istinadən məlumat yayıb.
Onların hesablamalarına görə, bu günə qədər KXDR yalnız yeddi səfirliyini bağlayıb: Anqola, Banqladeş, Qvineya, İspaniya, Nepal, Seneqal və Uqandada. Şimali Koreyanın xaricdəki diplomatik nümayəndəliklərinin sayı son vaxtlar azalaraq 46-ya düşüb.