Hindistan Aya eniş aparatını Yer orbitinə qaytardı

11:12 - 5 Dekabr 2023 - DÜNYA

Hindistan "Çandrayaan-3" missiyasının Aya eniş aparatını aşağı Yer orbitinə qaytarıb.

Ucnoqta.az-ın məlumatına görə, TASS bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatına istinadən xəbər verib.

Agentlik qeyd edir ki, əvvəllər Ay orbitində olan və eniş modulunun buraxıldığı kosmik gəmidə (SC) Ay orbitinə manevr etmək üçün kifayət qədər yanacaq var idi.

Kosmik gəminin yerdəyişməsi ilə bağlı fəaliyyətlərə oktyabr ayında başlanılıb.

Xəbər xətti