Yaşayış kompleksində maşınını dirəyə çırpdı, öldü

10:22 - 5 Dekabr 2023 - HADİSƏ

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 Qobu qəsəbəsində yerləşən məcburi köçkünlər üçün tikilmiş yaşayış kompleksində 1957-ci il təvəllüdlü Akif Məlikov idarə etdiyi “VAZ” markalı avtomobili işıq dirəyinə çırpıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.///qafqazinfo

Xəbər xətti