Qışdakı dünya çempionatının futbola faydası olmadı - Çeferin

08:41 - 5 Dekabr 2023 - İDMAN

UEFA qışda keçirilən dünya çempionatının futbola fayda vermədiyini etiraf edib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Aleksander Çeferin dünya çempionatının qış aylarında keçirilməsinin əleyhinə çıxış edib.

“Mən bir şeyə əminəm - qışda keçirilən dünya çempionatının futbola faydası olmadı, onu yenidən təkrarlamaq ağılsızlıq olardı. Bu, matç cədvəlində sıxlıq yaradır”, – Çeferin bildirib.

2022-ci ildə dünya çempionatı Qətərdə keçirildi. Turnir noyabrın 20-də başlayıb və Argentinanın Fransaya qalib gəldiyi final matçı dekabrın 18-də keçirilib. Bu, qışda keçirilən ilk dünya çempionatı idi.

Xəbər xətti