Fidel Kastronun kiçik bacısı vəfat edib

08:20 - 5 Dekabr 2023 - DÜNYA

Kubanın dövlət və siyasi xadimi Fidel Kastronun kiçik bacısı Xuanita Kastro dekabrın 4-də Mayamidə (Florida ştatı) 91 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun nümayəndəsi Mariya Antonietta Kollinz bildirib.

 Qeyd olunur ki, mərhumun dəfn mərasimi bağlı qapılar arxasında keçiriləcək.

Xuanita Kastro 1964-cü ildə adanı tərk edib. Bundan sonra o, dəfələrlə Kuba hakimiyyətini açıq şəkildə tənqid edirdi. Daha sonra o, 1961-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini etiraf etdi.

Xəbər xətti