Vaşinqton ətrafında baş verən partlayışda polis yaralanıb

08:15 - 5 Dekabr 2023 - DÜNYA

Vaşinqton ətrafında baş verən partlayış nəticəsində polis əməkdaşları yaralanıb

Ucnoqta.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Vaşinqtonun Arlinqton ətrafında baş verən partlayış nəticəsində polis əməkdaşları yüngül xəsarət alıb.

Bildirilir ki, polis axtarış qərarı ilə yaşayış binalarından birinə daxil olmağa cəhd edib. Evin içərisində olan cinayətkar odlu silahla atəş açıb. Bundan qısa müddət sonra partlayış baş verib və iki mərtəbəli bina dağılıb.

Hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları yüngül bədən xəsarətləri alıblar. 

Hazırda partlayış baş verən evə yaxınlaşan yerlərdə polis mühasirəsi qurulub, yolda nəqliyyatın hərəkəti kəsilib. 

Xəbər xətti