Mavritaniya İslam Respublikasının (IRM) məhkəməsi keçmiş prezident 66 yaşlı Mohammed Ould Abdel Azizi (ölkəyə 2008-2019-cu illərdə rəhbərlik etmiş) varlanmaq üçün səlahiyyətlərindən sui-istifadə etdiyinə görə beş il müddətinə azadlıqdan məhrum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Məhkəmə eks-prezidenti qanunsuz varlanma və çirkli pulların yuyulmasında təqsirli bilib. Oktyabrın sonunda prokurorlar Abdel Əzizə 20 il həbs cəzası istəyib.
2023-cü ilin yanvar ayından etibarən IRM-də yüksək səviyyəli məhkəmə prosesi davam edir. Abdel Əziz və 10-dan çox keçmiş hökumət rəsmisi, o cümlədən iki keçmiş hökumət başçısı qanunsuz varlanma, vəzifə səlahiyyətlərindən sui-istifadə, nüfuz alveri və çirkli pulların yuyulmasında şübhəli bilinirdi.