ABŞ İsraillə Qəzzada əməliyyatın vaxtını müzakirə edir

00:07 - 5 Dekabr 2023 - DÜNYA

ABŞ İsraillə Qəzza zolağında hərbi əməliyyatın müddətini müzakirə edir.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan təsdiqləyib.

"Xüsusilə bu hərbi əməliyyatın həssaslığını nəzərə alaraq, müddəti ilə bağlı müzakirələrimiz olub. Bütün bunları sizə açıq şəkildə açıqlamağa dəyməz. Lakin bu, İsraillə apardığımız məsləhətləşmələrin mövzusudur" - Sallivan bildirib.

Xəbər xətti