Misirdən uçan sərnişin təyyarəsi ikinci cəhddə Rusiyaya eniş edib

14:28 - 4 Dekabr 2023 - DÜNYA

Misirdən Rusiyaya uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən yalnız ikinci cəhddə Moskvaya enib.

Ucnoqta.az xəbər verir ki, bu barədə REN TV yazıb.

Dekabrın 4-ü bazar ertəsi gecə Hurqadadan Moskvaya uçan təyyarə ilə bağlı gözlənilməz vəziyyət yaranıb. Uçuşda olan sərnişinlər bildiriblər ki, güclü qar yağdığından təyyarə Şeremetyevoda eniş edə bilməyib, onlar bir neçə saat təyyarədə bağlı qalıblar.

Nəşrin məlumatına görə, əvvəlcə təyyarə uzun müddət dövrə vuraraq təyinat aeroportunda enişini gözləyib. Lakin yanacaq tükənməyə başlayanda təyyarə digər paytaxt hava limanına - Domodedovoya göndərilib.

Xəbər xətti