Azərbaycanın paralimpiya çempionu Qran-pridə gümüş medal qazanıb

14:16 - 4 Dekabr 2023 - İDMAN

Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə etimadı doğruldub.

Ucnoqta.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında mübarizə aparıb.

Hacıyeva finala qədər irəliləməyi bacarıb. O, həlledici raundda qazaxıstanlı Nautbek Akmarala uduzub və gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Şəhanə Hacıyeva 2021-ci ildə eyni şəhərdə keçirilmiş Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Xəbər xətti