Pakistanın keçmiş baş nazirinə təkrar ittiham irəli sürülür

13:42 - 4 Dekabr 2023 - DÜNYA

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşiyə “Rəsmi sirlər haqqında” qanunu pozduğuna görə yenidən ittiham irəli sürmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.

İttihamlar dekabrın 12-də dövlət sirri haqqında qanunun pozulmasına görə xüsusi təyinatlı məhkəmənin açıq iclasında elan olunacaq. Dövlət sirri haqqında qanunu pozmaqda təqsirli bilinənləri, vəkillərə görə, 14 ilə qədər həbs və ya “hətta ölüm cəzası” gözləyir.

İmran Xan və Şah Mehmud Qureşi özlərini təqsirli bilməyiblər.

Xəbər xətti