Oktyabrın 17-dən Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi bir vaxtda Yaxın Şərqdəki ABŞ əsgərləri azı 76 silahlı hücuma məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatlarına istinadən The Washington Post (WP) məlumat yayıb.
Məlumata görə, məhz oktyabrın 17-də hazırkı münaqişə zamanı ABŞ qüvvələrinə regionda ilk hücum edilib.
WP yazır ki, İraq və Suriyada ABŞ hərbçilərinə qarşı raket hücumları və dron hücumları demək olar ki, hər gün baş verir.