Kuba prezidenti Migel Diaz-Kanel Tehrana rəsmi səfərə gəlib.
Ucnoqta.az İRNA-ya istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi ilə Diaz-Kanel arasında görüş Tehranın şimalındakı Saadabad mədəniyyət kompleksində başlayıb.
Qeyd edək ki, bu, 22 ildən artıq müddətdə ilk belə səfərdir. Əvvəlki dəfə Fidel Kastro 2001-ci ildə Tehrana səfər etmişdi.