Rusiyanın məşhur sənətşünası və “Artistic Culture” jurnalının redaktoru Oleq Krivtsunun meyiti Moskvadakı mənzilinin vanna otağında tapılıb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qulluqçu gələnə qədər meyit üç gün oturmuş vəziyyətdə qalıb.
Qadın dünən günorta saatlarında Kudrinskaya meydanındakı evə gəlib. "Oleq Aleksandroviçin evini təmizləməyə başladım, hamama girdim və onu cansız vəziyyətdə gördüm" - qulluqçu deyib.
Dərhal həkimləri və polisləri çağırdılar. Ölümün ilkin səbəbi kəskin ürək-damar çatışmazlığıdır.
Krivtsun yeni və müasir dövrün rus və xarici incəsənət tarixi sahəsində ən yaxşı mütəxəssislərdən biri idi. O, həm də fəlsəfə elmləri doktoru idi.