Yaponiyada qəzaya uğrayan ABŞ təyyarəsinin ekipaj üzvlərinin cəsədi tapılıb

11:03 - 4 Dekabr 2023 - DÜNYA

Ötən həftə qəzaya uğrayan Amerikanın “Osprey” təyyarəsinin beş ekipaj üzvü olduğu güman edilənlərin cəsədləri Yaponiyanın cənub-qərbində aparılan axtarış əməliyyatı zamanı tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Həmçinin, dalğıclar, qeyd edildiyi kimi, tiltrotorun qalıqlarını aşkar edə biliblər. Hazırda Yaponiya və Amerika tərəfləri bu məlumatın təfərrüatlarını dəqiqləşdirirlər. Axtarış əməliyyatını ABŞ Silahlı Qüvvələri və Yaponiyanın özünümüdafiə qüvvələri birgə həyata keçirir.

Osprey CV-22 noyabrın 29-da Yakusima adasının sahillərindən təxminən 1 km aralıda qəzaya uğrayıb. 

Xəbər xətti