Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi ölkənin cənubundakı Telanqana əyalətinin Medak rayonunda qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.
"Pilatus PC-7 Mk II təyyarəsi bu səhər adi təlim missiyası zamanı qəzaya uğrayıb", - Hərbi Hava Qüvvələri sosial media səhifəsində bildirib.
Təyyarənin göyərtəsində olan hər iki pilotun öldüyü bildirilir.
Qəza zamanı təyyarənin göyərtəsində təlimatçı və təcrübəçi pilot olub. Onlar Hərbi Hava Qüvvələri Akademiyasının bazasından havaya qalxıblar. İstintaq komissiyasına qəzanın səbəblərini araşdırmaq tapşırılıb.