Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina ilkin müayinədən keçib.
Bu barədə Qol.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O bildirib ki, MRT olunan kolumbiyalı müdafiəçinin durumunun cox ciddi olduğu müəyyənləşib. Ona sağ bud tendom vətərinin qopması diaqnozu qoyulub.
A.Hacıyevin sözlərinə görə, oyunçu əməliyyat olunmalıdır: "Əməliyyat olunduqdan sonra ilkin qoyulan diaqnoza əsasən bərpa müddəti 3 aya yaxın görünür. Amma dəqiq məlumat həkimin sağalma, müalicə, bərpa müddəti ilə bağlı fikirlərindən sonra müəyyənləşəcək. Əməliyyatın yaxın günlərdə vaxtı və yeri bilinəcək".
Beləliklə, ilkin qoyulan diaqnoza əsasən onu söyləmək olar ki, Kevin Medina “Qarabağ”ın Avropa kubokunun (Avroliqa və ya Konfrans Liqası) fevralda keçiriləcək pley-off mərhələsinin oyunlarını buraxmalı olacaq.