Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-də Polşanın kapitanı Robert Levandovskiyə əsəbləşdiyi üçün onunla əl sıxmadığını deyib
Ucnoqta.az xəbər verir ki, bu barədə ESPN yazıb.
“2021-ci ildə “Qızıl top”da qazandığım qələbədən sonra onun açıqlaması məni əsəbiləşdirdi. Bundan sonra onun mənim haqqımda danışması məni narahat etdi. Sonra danışdıq və bunun anlaşılmazlıq olduğu qənaətinə gəldik”, - deyə Messi bildirib.
2021-ci ilin “Qızıl top”un təqdimatından sonra Messi Levandovskinin də mükafata layiq olduğunu desə də, polyak argentinalının sözlərinin səmimiliyinə şübhə edib.