Finlandiya Rusiya ilə sərhəddə ikiqat maneələr quraşdırıb

17:00 - 30 Noyabr 2023 - DÜNYA

Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə ikiqat maneələr sistemi quraşdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yle portalına Finlandiyanın cənub-şərqinin sərhəd mühafizə xidməti komandirinin müavini Jukka Lukkari məlumat verib.

"Hazırda sərhəd-keçid məntəqələri bağlıdır. İstər dövlət sərhədində, istərsə də ölkə daxilində maneələr quraşdırılıb. Əgər insanlar gələrsə, Finlandiyaya qanuni yolla daxil ola biləcəkləri yerə yönəldəcəyik". 

Onun sözlərinə görə, sərhədi yarmaq cəhdləri olarsa, təhlükəsizlik qüvvələri “vəziyyəti nəzarətdə saxlamaq, insanları istiqamətləndirmək və zorakılıq xarakterli hərəkətlərin qarşısını almaq” üçün bütün zəruri tədbirlərdən istifadə edəcək.

Xəbər xətti