"Ermənistan suveren ölkədir, hansı dövlətlərlə ikitərəfli əlaqələri inkişaf etdirir ki, onu məqsədəuyğun hesab edir".
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan və Böyük Britaniya arasında 2023-2024-cü illər üçün müdafiə sahəsində əməkdaşlıq proqramının imzalanmasını şərh edib:
"Bizim Ermənistanla öz münasibətlərimiz var. Və təbii ki, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir. Biz bundan sonra da öz müttəfiqlik əlaqələrini inkişaf etdirəcəyik” - Peskov qeyd edib.