İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud arasında telefon danışığı zamanı Tehran və Ər-Riyada səfər etmək üçün dəvət mübadiləsi aparılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər həmçinin İran və Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bəyan ediblər. Bundan əlavə, Baqeri və Xalid bin Salman Əl Səud telefon danışığı zamanı İslam dünyası ilə bağlı qarşılıqlı maraq doğuran bir neçə məsələni müzakirə ediblər. Danışıqların digər təfərrüatları açıqlanmayıb.