Rusiya ordusunun son sutkada Ukraynada itkiləri açıqlanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Rusiya ordusu son sutkada 13 tank, 28 zirehli texnika, 1 artilleriya sistemi, 10 PUA, 13 maşın, 3 xüsusi texnika itirib.
Həmçinin, daha 1180 rusiyalı hərbçi döyüşlərdə həlak olub.
Bununla da Rusiya ordusunun Ukraynada ümumi döyüş itkilərinin sayı 328760 nəfərə çatıb.