Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhətindəki problemlər barədə ictimaiyyəti aldadır
Ucnoqta.az xəbər verir ki, bu barədə “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili deyib. Onun fikrincə, siyasətçi Vivamed həbsxana klinikasında qalmağa davam etməməlidir.
“Əgər mənə qalsa, Saakaşvilinin boynundan tutub ya Qldani həbsxanasına, ya da Rustavi həbsxanasına aparardım. Mixail Saakaşvili fırıldaqçı və təxribatçıdır. İndi aydın oldu ki, demensiya və kaxeksiya yoxdur. Strasburq qərar verdi ki, Saakaşviliyə heç nə baş vermir və o, bütün ili iki otaqda uzanaraq yalnız səhhətindən danışıb. Onu həbs etmək lazımdır”, - Elisaşvili qeyd edib.