İsrail dinc sakinlərin Qəzzanın şimalına qayıtmasına icazə verir - KİV

08:46 - 30 Noyabr 2023 - DÜNYA

İsrail dinc sakinlərin Qəzzanın şimalına qayıtmasına icazə verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN yazıb. Məlumata görə, ABŞ və İsrail Təl-Əvivin Fələstin-İsrail münaqişəsinin gərginləşdiyi bir vaxtda minlərlə dinc sakinin getdiyi anklavın cənubunda əməliyyata başlayarsa, Qəzza zolağının şimalına mülki şəxslərin qaytarılması imkanını nəzərdən keçirir. .
Qeyd olunur ki, İsrail və Amerika rəsmiləri İsrail ordusunun orada döyüşlərə başlayacağı təqdirdə anklavın cənubuna qaçmaq məcburiyyətində qalan mülki əhalinin necə müdafiə olunacağını müzakirə edirlər.

“Amerika və İsrail rəsmiləri tərəfindən fəal müzakirə olunan bir çox variant arasında müharibənin əvvəlində cənuba gedən mülki şəxslərin oradakı hərbi əməliyyatlar bitdikdən sonra şimala qayıtması da var”, - telekanal ABŞ rəsmisinə istinadən bildirib.

Xəbər xətti