HƏMAS İsrail həbsxanalarında saxlanılan yüksək rütbəli fələstinlilərin müqabilində kişi girovların azad edilməsini müzakirə etməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, Misir, İsrail və Qətər nümayəndələrinin Dohada HƏMAS ilə görüşündən əvvəl humanitar pauzanın davam etdirilməsinin mümkünlüyü müzakirə olunub. HƏMAS İsrail həbsxanalarında saxlanılan yüksək vəzifəli fələstinlilərin müqabilində Qəzza zolağında saxlanılan kişi girovların azad edilməsi üçün danışıqlar aparmağa razılaşıb.
HƏMAS hərəkatının nümayəndələri danışıqlar iştirakçılarına Qəzza zolağında digər fələstinli qruplar tərəfindən saxlanılan bütün girovların yerini tapıb onları azad edə biləcəklərinə inandırıblar. Eyni zamanda, İsrail hakimiyyəti 100 qadın və uşağın hamısı azad edilənə qədər danışıqların yeni mərhələsinə razılıq vermək niyyətində deyil.