Çempionlar Liqasının qrup mərhələsinin V turunda Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, hesab 3:3 başa çatıb. Belə ki, "Mançester Yunayted" ilk hissədə iki top fərqi ilə öndə olsa da Türkiyə klubu oyunun sonuna kimi hesabı bərabərləşdirə bilib 3:3. Oyunda 11-ci dəqiqədə Alejandro Garnacho, 18-ci dəqiqədə Bruno Fernandes, 29-cu dəqiqədə Hakim Ziyech, 55-ci dəqiqədə Scott McTominay, 62-ci dəqiqədə Hakim Ziyech,71-ci dəqiqədə isə Kerem Aktürkoğlu fərqlənib.
Bu hesabla İstanbul təmsilçisi qrupda ikinci pilləyə yüksəlib.