Latviya Rusiya və Belarusla sərhədi bağlamaq niyyətində deyil

20:20 - 29 Noyabr 2023 - DÜNYA

Latviya hazırda Rusiya və Belarusla sərhədin tamamilə bağlanmasını planlaşdırmır.

Ucnoqta.az xəbər verir ki, bunu Baltikyanı respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Riçard Kozlovskis deyib.

Onun sözlərinə görə, Latviyanın məsul qurumları qeyri-qanuni miqrasiya axınının dinamikasını diqqətlə izləyir.

"Vəziyyət kökündən dəyişərsə və milli təhlükəsizliyə təhlükə yaranarsa, Latviya şərq sərhədini tamamilə bağlaya bilər. Lakin hələlik belə planlar yoxdur", - o, bildirib.

Nazir qeyd edib ki, o, indi vəziyyətə ehtiyatlı nikbinliklə baxır, çünki Latviya sərhədində qanunsuz miqrantların sayı getdikcə azalır. Çərşənbə axşamı Daxili İşlər Nazirliyinin məlumatına görə, sərhəd pozuntusu ilə bağlı bir dənə də olsun fakt qeydə alınmayıb.

Xəbər xətti