Son 24 saat ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetskin Novoolenyovka qəsəbəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25, Mezhevoy rayonunda isə MiQ-29 təyyarəsini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Donetsk Xalq Respublikasının Mezhevoy rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.