Əfqanıstan səfiri Pakistan XİN-ə çağırılıb

14:26 - 29 Noyabr 2023 - DÜNYA

Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstan səfirini noyabrın 26-da Təhrik-i-Taliban Pakistandan kamikadzenin Xayber-Paxtunxva əyalətində törətdiyi terror aktı ilə əlaqədar çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Express Tribune məlumat yayıb.

Məlumata görə, Xarici İşlər Nazirliyinin nümayəndələri səfirə Əfqanıstan ərazisindən Pakistana qarşı terror aktları üçün istifadənin davam etdirilməsindən dərin narahat olduqlarını bildiriblər. Nazirlik bütün anti-Pakistan ekstremist qrupların fəaliyyətinin dayandırılmasını, Xeyber-Paxtunxva əyalətinin Bannu şəhəri yaxınlığında hərbi karvana hücumun şəraitinin dərhal araşdırılmasını, cinayətə görə məsuliyyət daşıyanların cəzalandırılmasını və onların ekstradisiyasını tələb edib.

Hücumu təşkil edən TTP fraksiyasının lideri Hafiz Gül Bahadur.

Xəbər xətti