Rusiya Federasiyası Finlandiyadan noyabrın 30-dan sərhəddəki sonuncu keçid məntəqəsini bağlamaq niyyəti barədə nota alıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. Zaxarova bildirib ki, noyabrın 29-da Rusiya Federasiyası Finlandiyadan noyabrın 30-dan etibarən sərhəddəki sonuncu fəaliyyət göstərən keçid məntəqəsini bağlamaq niyyəti barədə nota alıb.