Küveyt əmiri xəstəxanaya yerləşdirilib

12:08 - 29 Noyabr 2023 - DÜNYA

Küveyt əmiri Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə əmirin dəftərxanası üzrə dövlət naziri Məhəmməd Abdulla əl-Mübarək əs-Sabah məlumat verib.

"Əlahəzrət özünü pis hiss etdikdən sonra bu səhər xəstəxanaya yerləşdirilib. Tibbi müayinələr onun səhhətinin stabil olduğunu göstərib", - KUNA xəbər agentliyi məlumat verib.

Xəbər xətti