Küveyt əmiri Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə əmirin dəftərxanası üzrə dövlət naziri Məhəmməd Abdulla əl-Mübarək əs-Sabah məlumat verib.
"Əlahəzrət özünü pis hiss etdikdən sonra bu səhər xəstəxanaya yerləşdirilib. Tibbi müayinələr onun səhhətinin stabil olduğunu göstərib", - KUNA xəbər agentliyi məlumat verib.