ABŞ Silahlı Qüvvələrinə məxsus Osprey tiltrotoru Yakusima adaları (Kaqosima prefekturası) yaxınlığında qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Titrotorun dənizə düşdüyü qeyd edilir. İlkin məlumatlara görə, təyyarədə səkkiz nəfər ola bilər.
Qəza bölgəsinə patrul katerləri və təyyarələr göndərilib. Yaponiya Müdafiə Nazirliyi insidentlə bağlı Amerika tərəfi ilə əlaqə saxlayır. Daha ətraflı məlumat hələ verilməyib.