Meksikada fabrikdə baş verən partlayış nəticəsində 5 nəfər ölüb

09:32 - 29 Noyabr 2023 - DÜNYA

Meksikanın mərkəzindəki Hidalqo ştatının Santyaqo de Anaya bələdiyyəsində pirotexnika materialları anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli Heraldo de Mexico qəzeti məlumat yayıb.

Ölənlər arasında bir azyaşlının olduğu qeyd edilir. Daha iki nəfər yaralanıb. Hazırda partlayış yerindən 10 km radiusda ərazi mühasirəyə alınıb, polis hadisənin səbəblərini araşdırır.

Xəbər xətti