İstanbul yaxınlığındakı Mərmərə dənizində şiddətli fırtına zamanı tanker quruya çırpılıb.
Ucnoqta.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, gəmidə olan 12 dənizçi xilas edilib.
Noyabrın 29-na keçən gecə Türkiyə bayrağı altında üzən 80 metrlik “Kadriye Ana” gəmisi Zeytinburnu ərazisində sahilə yaxın təhlükə siqnalı verib. Mütəxəssislər dənizdə neft məhsullarının sızmasının olub-olmamasını yoxlayır. Tanker 600 tona yaxın dizel yanacağı daşıyır.