İstanbulda neft tankeri quruya çırpılıb

07:59 - 29 Noyabr 2023 - DÜNYA

 İstanbul yaxınlığındakı Mərmərə dənizində şiddətli fırtına zamanı tanker quruya çırpılıb.

Ucnoqta.az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, gəmidə olan 12 dənizçi xilas edilib.

Noyabrın 29-na keçən gecə Türkiyə bayrağı altında üzən 80 metrlik “Kadriye Ana” gəmisi Zeytinburnu ərazisində sahilə yaxın təhlükə siqnalı verib.  Mütəxəssislər dənizdə neft məhsullarının sızmasının olub-olmamasını yoxlayır. Tanker 600 tona yaxın dizel yanacağı daşıyır.

Xəbər xətti