Birləşmiş Ştatlar humanitar atəşkəs başlayandan bəri Qəzza zolağı üzərində pilotsuz uçuş aparatlarının (PUA) müşahidə uçuşlarının dayandırılmasına qərar verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder növbəti brifinqdə bildirib.
“İsrailin hərbi əməliyyatlarındakı fasilə fonunda və İsrail ilə Fələstin radikal hərəkatı HƏMAS arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, biz hazırda kəşfiyyat uçuşları həyata keçirmirik, onlar hələlik dayandırılıb”, - Rayder bildirib.