Qətər XİN Qəzzada olan 10 girovu azad etdiyini açıqlayıb

23:18 - 28 Noyabr 2023 - DÜNYA

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Qəzza zolağından 9 qadın və bir azyaşlının azad edildiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Bir azyaşlı və doqquz qadın Qəzza zolağından azad edilib, onlardan birinin Avstriya, digər ikisinin Argentina, birinin isə Filippin vətəndaşlığı var”, - diplomat bildirib.

O, onların hamısının Qırmızı Xaça köçürüldüyünü də qeyd edib.

Xəbər xətti