Baydenin oğlu Konqresdə açıq ifadə verməyə hazırdır

19:53 - 28 Noyabr 2023 - DÜNYA

ABŞ prezidenti Co Baydenin oğlu Hunter ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən ictimai dinləmədə Amerika liderinin impiçmenti ilə bağlı ifadə verməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə vəkil Ebbi Louellin Komitənin sədri Ceyms Komere ünvanladığı məktubunda məlumat verilib.

Qeyd edilir ki, Komerin Amerika prezidentinin oğluna göndərdiyi çağırış vərəqəsi komitə qarşısında bağlı qapılar arxasında ifadə verməyi nəzərdə tutur.

Hüquqşünas Hunter Baydenin sözlərinə görə, dinləmələrin ictimai xarakter daşıması prosesi daha şəffaf edəcək. Məktubda deyilir: “İctimai dinləmələr seçmə sızıntıların, stenoqramlarla manipulyasiyanın, fiziki sübutların saxtalaşdırılmasının və mətbuatda birtərəfli bəyanatların qarşısını alacaq”.

Xəbər xətti