12-ci sanksiya paketi yekunlaşmaq üzrədir - Borel

19:04 - 28 Noyabr 2023 - DÜNYA

Aİ diplomatiyasının rəhbəri Cosep Borel 12-ci anti-Rusiya sanksiyalar paketinin 2023-cü il dekabrın 11-də keçiriləcək icmaya üzv 27 ölkənin xarici işlər nazirlərinin son iclasında təsdiqlənəcəyini gözləyir.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Brüsseldə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Hazırda 12-ci sanksiya paketi yekunlaşmaq üzrədir. Aİ ölkələrinin daimi nümayəndələri detalları müzakirə edirlər. Ümid edirəm ki, o, tezliklə təsdiqlənəcək və biz onu dekabrda Aİ Şurasının iclasında təqdim edə biləcəyik", - Borrel bildirib.

Xəbər xətti