Aİ Ukraynaya 200 milyon avroya yaxın vəsait ayırıb

18:06 - 28 Noyabr 2023 - DÜNYA

Avropa İttifaqı (Aİ) Ukraynaya 200 milyon avroya yaxın vəsait ayırıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. 

"Bu gün Şura Aİ-nin Ukrayna üzrə Hərbi Təlim Missiyası çərçivəsində Ukrayna silahlı qüvvələrinin təlimi üçün əlavə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edib. Pul məbləği 194 milyon avro artırılıb və ümumilikdə 100 milyon avro təşkil edəcək”, - məlumatda deyilir.

Sənəddə vurğulanır ki, “bu dəstək Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin genişmiqyaslı təliminə töhfə verməkdə davam edəcək və Aİ-yə üzv dövlətlərə lazımi təlim avadanlığı və materialları təqdim etməyə imkan verəcək”.

Xəbər xətti