Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) və ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2024-cü ilin əvvəlində birgə Yer kəşfiyyatı peykini orbitə çıxaracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan hökumətində nüvə və kosmik sənayelərə nəzarət edən dövlət naziri Citendra Sinq Nyu-Dehlidə NASA rəhbəri Bill Nelson ilə görüşündən sonra bildirib.
"Hindistan və Birləşmiş Ştatlar gələn ilin birinci rübündə NASA-ISRO Radar Sintetik Aperture Radar (NISAR) adlı birgə mikrodalğalı Yerin məsafədən zondlama peykini kosmosa göndərəcəklər" - Hindistan hökumətinin informasiya saytında məlumat verilib. ///tass.