Misir, İsrail və ABŞ nümayəndələri Qətərə gəlib - Atəşkəsin uzadılması...

16:22 - 28 Noyabr 2023 - DÜNYA

Misir, İsrail və ABŞ nümayəndələri Qəzza zolağında atəşkəsin uzadılmasını müzakirə etmək üçün Qətərə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Misir, ABŞ və Qətər Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında danışıqlarda vasitəçi qismində çıxış edərək, humanitar fasilənin uzadılması ilə bağlı “məsləhətləşmələrdə əldə olunan irəliləyişi möhkəmləndirmək” niyyətindədirlər.

Xəbər xətti