Qazaxıstanın iri yataqlarında neft hasilatı Xəzər Boru Kəməri Konsorsiumunda (CPC) neft qəbuluna məhdudiyyətlər səbəbindən 56% azalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika nazirinin müşaviri Şinqis İlyasov məlumat verib.
"Hazırda ölkənin iri yataqlarında hasilatın azalması 56% təşkil edir. Qazaxıstan Respublikasının Energetika Nazirliyində vəziyyətin nə vaxta qədər normallaşa biləcəyi ilə bağlı məlumat yoxdur. Yaxın gələcəkdə azalma və hasilatın tənzimlənməsi indiki səviyyədə qalacaq”.