Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşını zəhərləməyə cəhd ediblər.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Marianna Budanovanın ağır metal zəhərlənməsi səbəbindən xəstəxanada olduğu bildirilir. Budanovanın bədənində tapılan maddələr qəsdən zəhərlənmə cəhdindən xəbər verir. Daha əvvəl müsahibəsində Budanov həyat yoldaşının "onunla ofisdə yaşadığını" söyləmişdi.
Hələlik hüquq-mühafizə orqanlarından rəsmi məlumat yoxdur.